Kateqoriyasız

“Sumqayıt”da ispan məşqçi

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib.

İdmanxeber.az klubun saytına istinadən xəbər veri ki, bu, ispan mütəxəssis Jerar Merino Elqarristadır. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, daha əvvəl klubda fiziki hazırlıq üzrə məşqçi ispan Eduardo Karo Balada idi. O, bu ay “Sumqayıt”dan ayrılaraq Türkiyə Superliqasında çıxış edən Ankaranın “Gənclərbirliyi” klubuna keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43