Ölkə futbolu

“Sumqayıt”da yubiley

Rail Məlikov 19-cu oldu.

Rail Məlikov “Sumqayıt”da yubiley oyununu keçirib. Topaz Premyer Liqasının IV turunun “Qarabağ”la səfər matçı təcrübəli müdafiəçi üçün əlamətdar olub. Arxa xətt oyunçusu 50-ci dəfə “Sumqayıt” formasında Premyer Liqa görüşünü keçirib. Bu qarşılaşmaya kapitan kimi çıxan Rail klubunda qol sevinci yaşamayıb. O, 2016/17 mövsümündə 24, ötən çempionat 22, cari birincilikdə 4 dəfə meydana çıxıb.

Qeyd edək ki, Məlikov “Sumqayıt”ın tarixində 50 və daha çox Premyer Liqa matçına çıxan 19-cu futbolçudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43