Kateqoriyasız

“Sumqayıt”dan ayrıldı, aşağı liqa klubuna keçdi

“Sumqayıt”ın sabiq hücumçusu Atilla Yıldırımın yeni klubu müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı futbolçu Türkiyənin II liqa təmsilçisi “Kırşəhər Bələdiyyəspor”la mövsümün sonuna qədər müqavilə bağlayıb. Bunu klubun saytı açıqlayıb.

Qeyd edək ki, türkiyəli oyunçu ötən mövsümün “Sumqayıt”da oynayıb və 16 oyuna 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43