Kateqoriyasız

“Sumqayıt”ı biabır elədilər

Bu gün “İnter” “Şəfa” stadionunda yoldaşlıq matçı keçirib.”Sumqayıt”la baş tutan qarşılaşmaya “bankirlər” aşağıdakı heyətlə meydana çıxmışdı:

Giorgi Lomaya, Matiya Şpiçiç, Brüs Abdulaye, Elhad Nəziri, Arif Daşdəmirov, Derlis Meza Kolli, Abdulla Abatsiyev, Slavço Georgiyevski, Asif Məmmədov, Aleksandr İaşvili, Sezar Meza Kolli.

İkinci hissənin gedişində meydana bu futbolçular daxil olub:

Joao Paulo, Abbas Hüseynov, Samir Zərgərov, Mikel Alvaro, Fuad Bayramov, Coşqun Diniyev, Ramil Mansurov.

Qarşılaşma “İnter”in 8:3 hesablı qələbəsilə başa çatıb. “İnter”in heyətində Asif Məmmədov və Mikel Alvaro hərəyə iki dəfə fərqləniblər. “Bankirlər”indigər qollarını isə Abdulla Abatsiyev, Aleksandr İaşvili, Sezar Meza Kolli və Samir Zərgərov vurublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43