İdman

“Sumqayıt”ın Antalyada daha bir rəqibi müəyyənləşdi

“Sumqayıt”ın qış hazırlıq planı müəyyənləşib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, yanvarın 5-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verən komandanın baş məşqçisi Samir Abasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 19-dək Sumqayıtda keçəcək. Bu müddət ərzində “Sumqayıt”  2 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 15-də “Qaradağ Lökbatan”, 18-də isə “Səbail”lə “Kapital Bank Arena”da üz-üzə gələcək. 
“Sumqayıt” hazırlığın ikinci mərhələsini isə yanvarın 21-dən fevralın 4-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Side bölgəsində keçəcək komanda  4 yoxlama oyunu keçirəcək. Samir Abasovun rəhbərlik etdiyi komanda yanvarın 25-də Polşanın “Poqon”, 28-də Makedoniyanın “Akademiya Pandev”, 31-də Rusiyanın “Anji”, fevralın 3-də isə Serbiyanın “Mladost” klubları ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43