İdman

“Sumqayıt”ın evdə məğlubiyyəti, “Kəpəz”i kağız üzərində I Diviziona salan matç – VİDEO

Bu gün Azərbaycan Premyer Liqada 25-ci tura yekun vurulub. 
İdmanxeber.com-un məlumatına görə, sonuncu oyun günündə 1 matç baş tutub. Günün yeganə matçında “Sumqayıt” öz meydanında “Səbail”i qəbul edib. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

29 aprel (bazar)
Azərbaycan Premyer Liqası

XXV tur
19:00. “Sumqayıt” – “Səbail” – 1:2 
Qollar: Faruk Miya, 30 (0:1), Aqşin Qurbanlı, 39 (0:2), Amil Yunanov, 76 (1:2)
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Azər Əsgərov, Ramil Diniyev
“Kapital Bank Arena” 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43