Ölkə futbolu

Superkubokdakı qalmaqallı epizoda HK sədrinin münasibəti: “Rəhim Həsənov qərarı verib sonra dəyişirsə, bu eyib deyil”

"Gərgin oyun oldu. "Xəzər Lənkəran" qalib gəlmək üçün alışıb yanırdı".
Bu sözləri Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib. "Space TV"də yayımlanan "Qol" verilişində "Xəzər Lənkəran" və "Neftçi" arasında keçirilmiş Superkubok oyunu barədə danışan Məmmədov, həmişəki kimi hakimləri tərifləyib.
"Xəzər Lənkəran" "Neftçi"dən üstün oynadı. Penalti epizoduna gəlincə, orda penalti yox idi. Rəhim Həsənov qərarı verib sonra dəyişirsə, bu eyib deyil. Əksinə təqdirə layiq haldır. Burada göründü ki, qap xətti üzərindəki hakimlərin oyuna böyük tövhəsi oldu. Mən oyundan sonra hakimləri gözəl idarəçiliyə görə təbrik etdim".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43