Ölkə futbolu

Syerra-Leone millisinin üzvü rəsmən “Keşlə”də

“Keşlə” həyətini  gücləndirib.

Paytaxt təmsilçisi heyətini 2 futbolçu ilə gücləndirib. Bunlardan biri Syerra-Leone millisinin üzvü  Con Kamara, digəri isə “Zirə”dən ayrılan Vüsal İsgəndərlidir. Hər iki oyunçu ilə ilyarımlıq müqavilə imzalanıb.

Qeyd edək ki, afrikalı yarımmüdafiəçinin son klubu Qazaxıstan “Kaysar”ı olub. Vüsal isə “Keşlə”yə “Zirə”dən keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43