Kateqoriyasız

Təbriz klubunun stadionu Qasım Süleymaninin adını daşıyacaq

İran çempionatında mübarizə aparan “Maşın Sazi”nin ev oyunlarını keçirdiyi stadionun adı dəyişdirilib.

Təbriz təmsilçisinin stadionu ABŞ-ın aviazərbəsi nəticəsində ölən iranlı general Sərdar Qasım Süleymaninin adını daşıyacaq.

Cənubi Azərbaycan klubunun stadionu daha öncə “Bonyan Dizel” adlanırdı. Arenanın azarkeş tutumu 12 min nəfərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43