Ölkə futbolu

Tərlan Əhmədov: “Hər şey cavab oyununda həll olunacaq”

Azərbaycan kubokunun 1/4 final mərhələsinə start verilib

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” ilk oyununda “Keşlə”ni qəbul edib. Oyunun ardından keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov görüş barəsində fikirlərini bildirib:

“”Qarabağ” komandasına qarşı açıq oyun oynamaq olmur. Üstünlüyü müdafiəyə veridik. Bu cür oyunlara hər zaman hazır olmalııyıq. Komanda müdafiədə yaxşı mübarizə aparsa da , hücumda yaxşı deyildik. Hər şeyin talehi ayın 20-si aydın olacaq. Cavab oyunu daha gözlə alınacağını edeyə bilərim. Bu gün hiss etdim ki, komandada görüləsi iş çoxdur. Bacardığımız qədər top buraxmamağa çalışdıq”

-Cavab oyun üçün bu nəticəni üstünlük hesab etmək olar ?

-Hər şey mümkündür. Biz də çalışacayıq ki, cavab oyununda daha yaxşı oynayıb qələb qazanaq. Asan olmasa da, mümkünsüz deyil.

-Hakimliklə bağlı nə deyə bilərsiniz ? Klub rəhbəri hakimlikdən narazı idi sanki.

Cərimzə zarbəsində məsafə 9.15 olur, 12 metr yox. Cavan hakimləri belə oyunlar verirlər. Hər şeyə oyun saxlayırlar. Oyunun tempini çox öldürürlər. Belə də olmaz. Avropada oyunlara baxanda daha sürətli və templi oyunlar izləyirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43