İdman

TAEKVANDO: Yığmalarımızın baş məşqçiləri qovuldu

Azərbaycanın taekvondo üzrə kişi və qadınlardan ibarət milli komandalarının baş məşqçiləri Ələkbər İmaməliyevlə Gündüz Abdullayev vəzifələrindən kənarlaşdırılıblar.

İdmanxeber.com-un aznews.az istinadən yaydığı məlumata görə, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova açıqlama verib.

Hər iki şəxsin işdən çıxarılmasının taekvondoda heç bir nəticə əldə edə bilməmələri ilə əlaqələndirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43