İdman

Taffarel yenidən “Qalatasaray”da

“Qalatasaray”ın sabiq qapıçısı Klaudio Taffarel “cim-bom”a dönüb.

İdmanxeber.com-un məlumatına görə, şəxsi “instagram” hesabında bu barədə məlumat verən Taffarel, Fatih Terimin köməkçisi olacağını bildirib.

Qeyd edək ki, 1998-2001-ci illərdə “cim-bom”un şərəfini qoruyan Taffarel İstanbul klubu ilə UEFA kubokunu və UEFA superkubokunu qazanıb. O, 2011-2016-cı illərdə  “Qalatasaray”da məşqçi kimi fəaliyyət göstərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43