Kateqoriyasız

Tahir Gözəl: “Qarabağ”ın oyunçuları dünyanın gündəmindədir”

“Sevindirici haldır ki, artıq “Qarabağ”ın oyunçuları dünyanın gündəmindədir. Klub öz adıyla, futbolçuların bir sonrakı mərhələyə getməsi üçün xaricdə bir vasitə olub. Bunu müsbət qiymətləndirirəm. “Krasnodar”ın ciddi istəyi, arzuları var. Müəyyən məbləğlər var. Danışıqlar gedir. Futbolçunu arzusu olmadan bir yerdə saxlamaq çox çətindir. Şəxsi motivasiyası çox önəmlidir. Hesab edirəm ki, keçid baş tutsa, klub və Kadi üçün xeyirli olar. Bu, əlavə büdcədir. Bu da Qurban müəllimin əlindədir. İstəsə, arzu etdiyi futbolçuları gətirmək üçün xərcləyə bilər. Hələ bitən bir şey yoxdur. Danışıqlar gedir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri  “Qarabağ”ın prezidenti Tahir Gözəl Gənclər və İdman Nazirliyinin ilin yekunlarına həsr olunmuş qala mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib. Ağdam təmsilçisinin prezidenti 2022-ci ildə omandnaın çıxışını da dəyərləndirib:

“Müsbət qiymətləndirirəm, gözəl dəyərləndirirəm. İstədiyimiz bütün hədəflərimizə nail olmadıq, amma “Qarabağ” oynadığı oyun ruhu ilə Azərbaycanın sevgisini, hörmətini qazanıb və ölkənin cəsarətli ruhuna ilham verib. Klubumdan çox razıyam”.

T.Gözəl Veşoviçin da klubdan ayrılma ehtimalı olduğunu və bununla bağlı danışıqların davam etdiyini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43