Ölkə futbolu

Tahir Süleymanov: “Neftçi”nin oyunçuları barədə qətiyyətlə deyə bilərəm ki,..”

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov millimizin DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya yığması ilə oynayacağı maçt barədə Rusiya mətbuatına açıqlama verib.

Klub rəsmisi bunları deyib:

“Neftçi”nin oyunçuları barədə qətiyyətlə deyə bilərəm ki, onlar mükafatlar barədə deyil, ilk olaraq Azərbaycanın himni, bayrağı haqda düşünür. Mətbuatda səslənən rəqəmlər çox şişirdilib. Futbolçular vətənləri üçün oynayacaqlar, pul üçün yox. Sözsüz ki, hər bir komandaya qarşıya qoyulmuş məqsədə çatdıqda hər hansı mükafat təyin edilir. Rusiya yığması da yerinə yetirilmiş vəzifəyə görə mükafat alacaq. Bu, ümumdünya təcrübəsidi. Amma məncə, indi pullar haqda deyil, futbolçuların göstərəcəkləri oyunun keyfiyyəti barədə danışmaq lazımdı”.

“Azərbaycan futbola və idmana dövlət səviyyəsində qayğı var. Ayrı-ayrı sponsorlar futbola yatırım yatırır. Buna görə də klublarda futbolçulara yaxşı mükafatlar da verilir. Təbii ki, biz də çox istəyirik ki, futbollçularımız “Spartak”, “Rubin” və “Zenit”in futbolçuları kimi mükafatlar alsınlar”. 

“Azərbaycanda Rusiyaya hörmətli münasibət var. Bizim bir çox həmvətənlərimiz Rusiyada yaşayır, işləyirlər. Sizi əmin edirəm ki, məhz mətbuatdakı informasiya oyun öncəsi gərginlik yaradır və bunun heç bir tutarlı əsası yoxdu. Tamaşaçılar stadiona gələcəklər və Azərbaycan yığması ilə bərabər gözlə oyuna azarkeşlik edəcəklər. Mən əminəm ki, Rusiya ya Portuqaliyanın dünya çempionatında iştirakı ilə bağlı sorğu keçirilsə, 90 faiz azarkeş Rusiyaya səs verərlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43