Dünyadan

Təbriz Həsənovdan məğlubiyyət şərhi: “Bəxtimiz gətirmədi”

FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan – Slovakiya oyunundan sonra (0:1) millimizin baş məşqçisi Təbriz Həsənov matçla bağlı fikirlərini bildirib.

İdmanxeber.com T.Həsənovun fikirlərini təqdim edir:

“Qrupda keçirdiyimiz hər üç oyuna əsasən onu deyə bilərəm ki, bəxtimiz gətirmədi. Konkret bugünkü oyuna gəlincə, yaratdığımız qol epizodlarını gördüz. Bununla belə, fərqlənə bilmədik və nəticə göz qabağındadı. Məni təəssüfləndirən digər məqam futbolçumuzun qırmızı vərəqə almasıdı. Avropa çempionatının seçmə mərhələsinə hazırlıq baxımından bu turnir bizim üçün faydalıdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43