Ölkə futbolu

Tərlan Əhmədov: “Çoxdandır ki, evdə qələbə qazana bilmirdik”

Topaz Premyer Liqasının XIV turunda “Sumqayıt”ı qəbul edən AZAL 3-2 hesablı qələbə qazandı.

İdmanxeber.com-un məlumatına görə, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov qalib gəldikləri matçdan sonra bu sözləri deyib:

“Futbolçularıma təşəkkür edirəm ki, belə bir ağır durumda  işlərinin öhdəsindən gəldilər. “Qarabağ”la oyundan sonra heyəti qurmaq çətin idi. Limit məsələsinə görə müəyyən dəyişikliklər etməli idik. Düşünürəm ki, bugün ilk hissədə hər iki komandanın ifasında mübarizəli oyun görmədik. Amma ikinci hissədə ssenari dəyişdi. 3-cü qolu vurduqdan sonra komandanı bir qədər geri çəkdim. Əsas məqsəd rəqibi sürətli əks-hücumlarda yaxalayıb 4-cü qolu vurmaq idi.  Çoxdandır ki, evdə qələbə qazana bilmirdik. Biz bu gün həmin uğursuz seriyaya son qoyduq. Qarşıda bizi “Neftçala” ilə çətin kubok oyunu gözləyir. Həmin oyuna hazırlaşmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43