İdman

Tərlan Əhmədov: “Mənim işimə qiymət versinlər, həyatıma qarışmasınlar”

“Meydançada rəqibi təzyiq altında saxlayaq. Bu da bizdə alındı. Məqsədimiz qələbə qazanmaq idi, buna da nail olduq. Yararlanmadığımız qol epizodları bizi düşündürür”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən “Neftçi” – “Kəpəz” matçı sonrası baş tutan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov deyib. Əhmədov qələbə qazandıqları üçün sevincli olduqlarını dilə gətirib

– Mirabdula Abbasov əksər vaxtlarda ehtiyatdan oyuna daxil olur. Niyə start heyətində meydana çıxmamışdı?

– Mirabdulla 20-25 dəqiqə mübarizə aparmaq gücünə malikdi. O, “Zirə” ilə görüşdə qol vurduqdan sonra, meydanda görünmürdü. Mirabdullanın çox böyük potensiyalı var. Sadəcə bundan istifadə etmir. Əgər o əvəzetmədən meydana daxil olub qol vurursa, demək düzgün seçim etmişik.

– Qış transfer pəncərəsində “Qəbələ”dən qapıçı Aqil Məmmədovu transfer etdiniz. Amma o, bir neçə gündən sonra sabiq klubuna qayıtdı. Səbəb nə idi?

– Mən komandaya futbolçu götürəndə, ona söz vermirəm ki, sən əsas heyətdə oynayacaqsan.

Qış fasiləsində bir çox tənqidlərə məruz qaldız. Bu qələbə ilə sizi tənqid edənlərə cavab verdiyinizi düşünürsüz?
– Heç kimə cavab vermirəm məm. Heç kimin də şəxsi həyatıma qarışmağa haqqı çatmır. Onlar mənim işimə qiymət versinlər, həyatıma qarışmasınlar. Bu gün uduzsaq, məni tənqid etsələr, razıyam. “SKA-Xabarovsk”a 1:8 uduzanda, tənqid olundum. Buna heç nə demirəm. Həmin oyundakı səhvlərimdən nəticə çıxardım. Bugünkü oyundan çox razı qaldım. Bir də deyirəm, heç kimin mənim şəxsi həyatıma qarışmağa haqqı yoxdu. 
– Növbəti tur rəqibiniz “Sumqayıt” olacaq…
– Artıq bu oyunu yaddan çıxarıb, “Sumqayıt”la oyuna köklənməliyik. Tək bu matç heç nəyi həll etməyəcək. Qarşıda 13 oyunumuz var. Hər bir oyun önəmlidi. Mən bu komandanı qəbul edəndə, cəmi bir xalımız var idi. Ancaq indi bir xeyli irəliləmişik. Sumqayıtda süni örtükdə oynayacağıq. Bu,çətinlik yarada bilər.
– Bir neçə gün əvvəl “Forza Neftçi”nin 9 yaşı tamam oldu. Bu qələbəni onlara hədiyyə hesab etmək olarmı?
– Bu, onların qələbəsidir. Çünki biz fanatlar üçün oynayırıq. Komanda onlar üçün hədiyyə göndərmişdi. Klub rəsmiləri də fan-klubla görüşmüşdü. Azarkeşlərə demişdik ki, sizi bacardığımız qədər qələbə ilə sevindirməyə çalışacağıq.
– Hakimin qərarlarına sərt etiraz bildiridiniz. bu nə ilə bağlı idi?
– Səhvsiz insan yoxdu. Oyun vaxtı aqressiv oluruq və etirazlar da bununla bağlı idi. İstəyirəm ki, meydanda çox fit verilməsin. Buna görə çılğın oluram. Oyundan sonra fikirlıəçşirəm ki, o da insandı. Bizim işimiz həm də emosiyalarla bağlıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43