Kateqoriyasız

“Titul mənim üçün çox önəmlidir” – “Neftçi”nin yeni transferi

“Burada ancaq yaxşı şeylər gözləyirəm. Komanda yoldaşlarımla böyük işlər görə bilərik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin yeni transferi Talisson Diaz klubun televiziyasına müsahibəsində deyib.

“Ağ-qaralar”dakı hədəflərindən danışan braziliyalı müdafiəçi klubun tarixinə düşmək istədiyini bilidirib: “Bu böyük klubda oynamaq fürsətim olduğu üçün çox sevincliyəm. Hamımız birlikdə çalışmalıyıq ki, qarşıdan gələn çempionat və Avroliqa oyunlarında daha irəli getmək üçün əlimizdən gələni edək.

Əsas məqsədim bu komandanın formasını geyinməklə bacarıqlarımı göstərə bilmək, komanda yoldaşlarımla birgə mənə inanan insanların etimadını doğrultmaqdır. Titullar qazanmaq istəyirəm. Bu, mənim üçün çox önəmlidir. Məqsədim adımı bu böyük klubun tarixinə yazaraq, mövqeyimi “Neftçi”də daha da çox bərkitməkdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43