İdman

Tokio-2020: İrina Zaretska da finalda uduzdu- Yenilənib

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusa ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. O, növbəti döyüşünü Silviya Semeraroya (İtaliya) qarşı keçirib və 3:2 hesablı qələbə qazanıb. İdmançımız  daha sonra Sofya Berultsevaya (Qazaxıstan) ilə üz-üzə gəlib və 4:5 hesab ilə uduzub.

İrina qrupda son döyüşünü  türkiyəli Meltem Akyola qarşı keçirib.  4:0 hesabı ilə qalib gələn karateçimiz qrup lideri kimi  yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.

Yarımfinalda Çindən olan idmançı ilə qarşılaşan Zaretska inamlı qələbə qazanaraq finala yüksəlib – 7:2.

Lakin idmançımız finalda misirli idmançıya 0:2 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43