Dünyadan

Topla ən sürətlə qaçan futbolçuların siyahısı açıqlandı – RƏSMİ

FİFA tərəfindən təsdiqlənən Meksikanın “Paçuka” klubunun apardığı araşdırmalara görə dünyanın topla hərəkət edən ən sürətli futbolçusu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, siyahıda ilk pilləni Madrid “Real”ının ulduz futbolçusu Qaret Beyl tutur. 

Uelsli futbolçu 36,9 km/saatla rəqiblərini geridə qoyub. “Paçuka” klubunun futbolçusu Yurgen Damm 35,23 km/saatla ikinci, “Mançester Yunayted”in oyunçusu Antonio Valensiya isə 35.1 km/saatla üçüncü olub.

Siyahıda sonrakı yerlər belədi:

Aron Lennon (33,8 km/saat)

Kriştiano Ronaldo (33,6 km/saat)

Тео Uolkott (32,7 km/saat)

Lionel Messi (32,5 km/saat)

Ueyn Runi (31,2 km/saat)

Frank Riberi  (30,7 km/saat)

Serxio Ramos (30,6 km/saat).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43