Ölkə futbolu

Toplanışın ikinci günü

Xəbər verdiyimiz kimi, “İnter” hazırda Türkiyədə təlim-məşq toplanışı keçirir.

Toplanışın 2-ci gününə komanda trenajor zalındakı məşğələlərlə başlayıb. Daha sonra futbolçular meydana yollanaraq  digər fiziki hərəkətlər üzərində çalışıblar.

Axşam saatlarında baş tutmuş ikinci məşqdə oyunçular qısa ötürmələr üzərində çalışıblar, topla digər hərəkətləri yerinə yetiriblər və iki komandaya bölünərək futbol oynayıblar.

Qeyd edək ki, hazırlıq planına əsasən “İnter” sabah da iki dəfə məşq edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43