Dünya futbolu

“Tottenhem” “Barselona” ilə danışıq aparır

İcarə əsasında “Tottenhem”də çıxış edən Leman Lanqle “Barselona”dan ayrıla bilər.

İdmanxeber.az “Diario Sport ” nəşrinə istinadən xəbər verir ki, London klubu futbolçunun birdəfəlik keçidi üçün “Barselona” ilə danışıqlara başlayıb. Tərəflərin razılığa gələcəyi ehtimal edilir.

“Tottenhem” futbolçu üçün Kataloniya təmsilçisinə 14 milyon avro ödəməlidir. “Barselona” isə rəhbərliyi oyunçunun satılmasına müsbət yanaşır.

Lanqle bu mövsüm Premyer Liqada 18 oyuna çıxıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43