Dünya futbolu

“Yuventus”un daha 15-20 xalı silinə bilər

“Yuventus” klubunun növbəti dəfə xalları silinə bilər.

İdmanxeber.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, istintaq Turin klubunun maliyyə fırıldaqlarını araşdırmaqda davam edir. Bu səbəbdən daha öncə klubun 15 xalı slinmişdi.

Bu səfər isə “Yuventus”un tərəfdaşlıq müqavilələrində şübhəli məqamlar olduğu iddia edilir. Bu məsələ ilə bağlı məhkəmə iclası 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəlində keçiriləcək.

Əgər iddia təsdiqini taparsa, “Yuventus”un 15-20 xalı daha silinə bilər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43