Kateqoriyasız

“Tottenhem”in baş məşqçisi: “Bizim istirahət üçün az imkanımızın olması rəqibin üstünlüyünü artırır”

“Hər şey televiziya yayımına hesablanıb. Amma bununla barışmalıyıq, çünki futbol biznesdi. Bizim istirahət üçün az imkanımızın olması rəqibin üstünlüyünü artırır”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Tottenhem”in baş məşqçisi Mourisio Poççetino deyib.

Böyük Britaniya mətbuatına danışan agentinalı mütəxəssis komandasının sıx qrafiklə oynamasından şikayətlənib: 

“Qarabağ”la oyunüçün bizi Bakıya 6 saatlıq səfər gözləyir. Azərbaycanı oyundan dərhal sonra tərk etməliyik, yoxsa səhər İngiltərəyə qayıtmalıyıq – bununla bağlı qərar qəbul etməliyik. Qərar vermək çox çətindi, hər ikisi pis variantdı. Ola bilər ki, matç başa çatan kimi qayıdaq və cümə günü futbolçulara istirahət verək”.

Qeyd edək ki, “Qarabağ” – “Tottenhem” matçı noyabrın 26-dasaat 22:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43