Kateqoriyasız

“Tottenhem”in futbolçusu: “Qaydalar fitə qədər oynamağı tələb edir”

“Yaxşı komandanız var. Əsl futbol oynamağı xoşlayırlar”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Tottenhem”in futbolçusu Tobi Alderveyreld deyib.

Belçikalı müdafiəçi sözlərinə belə davam edib:

“Bakıda qələbə qazanmaq asan olmadı. Ümumiyyətlə, Avropa Liqasında asan oyun olmur. Ona görə də bütün oyunlara ciddi yanaşırıq. Digər tərəfdən, oyunda, xüsusən də ikinci hissədə dominantlıq etdik. Yaxşı imkanlarımız oldu. Rəqibə də çox fürsət vermədik. Bir sözlə, layiqli qələbə qazandıq”.

Futbolçu məğlub etdikləri “Qarabağ”ın növbəti mərhələ şansları haqda da danışıb. O, Ağdam klubunun sevinməs üçün lazım olan “Monako” üzərində qələbə qazanılacağı ilə bağlı suala belə cavab verib: “Hər oyuna qələbə üçün çıxırıq. Hansı heyətlə və hansı futbolçularla oynamağımızdan asılı olmayaraq. O üzdən “Monako” ilə son matçda da hədəf 3 xal olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik. “Qarabağ”ın “Anderlext”lə oyunu barədə isə heç nə deyə bilmərəm”.

26 yaşlı futbolçu ilk hissənin sonlarında yaşanan hadisəyə də münasibətini bildirib. O, Pupon yerdə qaldıqdan sonra topu niyə kənara vurmadıqlarını belə izah edib: “Qaydalar fitə qədər oynamağı tələb edir. Hakim də matçı saxlamadığından futbolçularımız oyunu davam etdirdi. Yəni burda ciddi problem görmürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43