İdman

“Tour d’Azerbaidjan-2017”də sonuncu mərhələ start götürüb

Bu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun beşinci – sonuncu mərhələsinə start verilib.

İdmanxeber.com-un məlumatına görə, cari mərhələdə velosipedçilər Bakı-Abşeron-Bakı marşrutu üzrə hərəkət edərək 158 kilometr məsafə qət edərək Azadlıq meydanındakı finiş xəttinə çatacaqlar.

Yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan da 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 16-sı kontinental kollektivdir.

Dörd turun yekununda şəxsi hesabda “Synergy Baku”nun velosipedçisi Kiril Pozdnyakov liderdir. O, dağ velosipedçiləri arasında liderlik edir. Komanda hesabında isə Ukraynanın “Kolss” komandası yürüş cədvəlinə başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43