Dünyadan

“Trabzonspor” 6 futbolçunu qovdu

“Fənərbağça” ilə matçda zəif oyun sərgiləyən “Trabzonspor” klubunun rəhbərliyi 6 futbolçunu komandadan uzaqlaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, qərara əsasən Erkan Zengin, Marko Marin, Fatih Atik, Sefa Yılmaz, Özer Hurmacı və Luis Pedro Kavanda əsas heyətdən kənarlaşdırılıb.

Onların hansı müddətə heyətə heyətdən kənarlaşdırıldığı açıqlanmayıb.

Qeyd edək ki, “Trabzonspor”un qapıçısı Onur Kıvark da komandadan getmək istədiyini bildirib. Buna səbəb kimi, yerli azarkeşlərin onun ünvanına təhüir dolu şüarlar səsləndirməsi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43