İdman

“Trabzonspor” prezidentindən Şeydayev açıqlaması: “8-8,5 milyon avro qənaət edərik”

Türkiyənin “Trabzonspor” klubu millimizin üzvü Ramil Şeydayevlə yolları ayırmağa hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klub prezidenti Əhməd Ağaoğlu Türkiyə mətbuatına açıqlama verib. O, hazırda Şeydayevlə bağlı başqa klubla danışıq apardıqlarını və onu satmağa hazır olduqlarını bildirib:

“Müqaviləsi bitən futbolçularla anlaşmanı yeniləmədik. Bizimlə müqavillələri olan Bero və Şeydayevin başqa klublara transferi reallaşsa,  büdcəmizə 8-8,5 milyon avro qənaət edərik. Onların xərclərini qarşılaya biləcək pulu bizə ödəsələr, hər iki futbolçu ilə yollarımızı ayıra bilərik. Amma təkrar edirəm ki, xərclərini ödəyəcəkləri təqdirdə”.

Qeyd edək ki, ötən mövsüm icarrə əsasında “Qarabağ”da oynayan gənc hücumçunun Avstriyanın “Mattersburq” klubuna keçəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43