Dünyadan

“Trabzonspor” Ramil Şeydayevə avtomobil hədiyyə etdi

Milli komandamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" klubunun futbolçuları yeni avtomobillərlə təmin olunublar.

İdmanxeber.com-un məlumatına görə, sponsorlarla yeni müqaviləyə əsasən, 12 "Audi" markalı maşın futbolçulara verilib. Yeni avtomobilə yiyələnənlər arasında həmyerlimiz Ramil Şeydayev də var. 

Maşınlardan 9-u A-3, 2-i A-4 və biri A-7 modelidir. 
Klub rəhbərliyi həmin maşınları əsas heyətin texniki işçilərinə və futbolçularına təqdim edib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43