Dünyadan

“Trabzonspor” rəsmisi: “Şeydayevin göndərilməsi gündəmdə deyil”

Türkiyənin “Trabzonspor” klubu  milli komandamızın futbolçusu Ramil Şeydayevinin qış transfer pəncərəsində komandadan ayrılacağı ilə ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

İdmanxeber.com-un məlumatına görə,  Trabzon təmsilçisinin mətbuat katibi Can Karyağdı “Report”a açıqlamasında hazırda R.Şeydayevin komandadan göndərilməsinin gündəmdə olmadığını söyləyib.

C.Karyağdı bildirib ki, komandanın baş məşqçisi Ersun Yanal gənc forvardla bağlı hələ hər hansı qərar verməyib: “Bizim komandanın baş məşqçisi və idarə heyəti var. Hələ nə baş məşqçimiz Ersun Yanal, nə də idarə heyəti futbolçunun icarəyə verilməsi və ya göndərilməsi ilə bağlı hansısa qərar verib. Bu gün üçün Şeydayevin komandadan gedişi gündəmdə deyil. Qış transfer pəncərəsində nələrin olacağını isə indidən deyə bilmərəm”.

Klub rəsmisi 19 yaşlı hücumçunun “Neftçi”də çıxış edəcəyi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: “Bir daha qeyd etmək istəyirəm baş məşqçimiz futbolçudan narazı deyil və onun hər hansı kluba keçidi müzakirə olunmur”.

Qeyd edək ki, “Trabzonspor”da start heyətində möhmlənə bilməyən Ramil Şeydayevin qış transfer pəncərəsində icarəyə veriləcəyi bildirilir. Futbolçunun adı Bakının “Neftçi” klubu ilə yanaşı çəkilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43