Dünya futbolu

“Trabzonspor”dan SUPERTRANSFER!

Türkiyənin “Trabzonspor” klubu transferdə bombanı partlatmağa hazırlaşır.

Fransanın “L’equipe” nəşrinin xəbərinə görə, türk klubu “Milan”ın ulduz futbolçusu Filip Mexsesi heyətində görmək istəyir. Təcrübəli oyunçunun Türkiyədə çıxış etməyə razı olduğu və bu transferin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Mexsesi “Monako” və Fiorentina” kimi klublar da heyətində görmək istəyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43