İran çempionatında 2-ci turun oyunları keçirilib.
Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Sanat Naft” ilə qarşılaşıb. Mövsümə məğlubiyyətlə başlamış “traktorçular” bu dəfə darmadağına seviniblər – 3:0.
“Traktor” iki turdan sonra 3 xalla 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.