Qeyri stabil çıxışı ilə azarkeşlərini məyus edən “Mançester Yunayted” italiyalı mütəxəssis Antonio Konteyə tapşırıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, hazırkı məşqçi Ole Qunnar Sulşerin istefaya göndəriləcəyi təqdirdə onun yerinə ən real namizəd məhz italiyalıdı. 52 yaşlı mütəxəssisi Sulşerin yerinə əsas namizəd kimi görür. Bildirilir ki, Konte özü də “qırmızı şeytanlar”a baş məşqçilik etməyə razıdır.
Yaxın zamanda Sulşerin istefaya göndəriləcəyi və Kontenin baş məşqçi təyin olunacağı gözlənilir.