Kateqoriyasız

“Traktor Sazi”dən gözəl qələbə

İran çempionbatında 28-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Cənubi Azərbaycanın “Traktor Sazi” klubu dünən növbəti oyununa çıxıb. Təbriz təmsilçisi evdə “Malavan”la qarşılaşıb. Matç “Traktor Sazi”nin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Traktor Sazi” geridə qalan 28 turdan sonra 45 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

17:30. “Traktor Sazi” – “Malavan” 4:2

Qollar: Farzad Hatami, 8, 45, Sorouş Rafaey, 55 , Baxtiyar Rahmani, 61 – Rza Dərvişi, 11, Mohammad Hüseyn Kana, 67


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43