Ölkə futbolu

“Traktor Sazi”nin sabiq üzvü “Sumqayıt”da – ÖZƏL -FOTO

“Sumqayıt” heyətini iranlı hücumçu ilə gücləndirib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “Gənclik şəhəri” təmsilçisi  “Maşın Sazi” klubunda forma geyinən Peyman Babeini rənglərinə bağlayıb. Təbriz təmsilçisində çıxış edən 25 yaşlı forvardın icarə əsasında “Sumqayıt”da oynayacağı bildirilir. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Cari mövsümdə komandası ilə 11 oyuna çıxan P.Babei 3 qol vurub.

Qeyd edək ki, 1,83 boyundakı futbolçu 2014-2015 mövsümündə “Traktor Sazi” klubunda da çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43