Ölkə futbolu

Tribunalara məhkum futbolçu “Bakı”dan göndərilir

“Bakı”nın baş məşqçisi Milinko Pantiç bir futbolçunun qələmini qırıb.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, zədəli olan rumıniyalı hücumçu Marius Pena yayda komandadan göndəriləcək. Pantiçin gəlişindən sonra əsas heyətə düşməkdə çətinlik çəkən hücumçu özü də getmək istəyir.

Hələ də tribunalarda oturmaqla “Bakı”nın oyunlarını izləyən 29 yaşlı forvard Pantiçin “qara siyahı”sındadı və yayda onunla yollar ayrılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43