Ölkə futbolu

Tuğrul Erat: “O məşqçi mənim nəyə qadir olduğumu bilir”

“Fortuna”da çıxış etdiyim vaxt komandanın əsa heyət üzvü idim. “Duysburq”dakı hədəfim də “11-liy”in üzvünə çevrilməkdi”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Tuğrul Erat deyib.

 

Almaniyanın “Duysburq” klubunda çıxış edən yarımmüdafiəçi bu yay keçdiyi klubda 4 oyunda 1 qol vurub. 3-cü liqadakı çıxışını dəyərləndirən Erat daha yaxşı oynamaq iqtidarında olduğunu bildirib: “Çalışacam ki, bütün matçlarda 90 dəqiqə şans qazanım. Baş məşqçimiz İlya Qruyevin mənə inamı böyükdü. O, mənim nəyə qadir olduğumu bilir. Hücumda komandamıza daha çox fayda verə bilərəm. Lakin hələ öz oyunumdan tam razı deyiləm. Düşünürəm ki, daha yaxşı çıxış etmək potensialım var. Çalışdırıcımızın bizdən nə istədiyini bilir və meydanda bunu gerçəkləşdirməyə çalışırıq. Qarşıda kubok oyunumuz var ki, “Zollinqer”lə görüşdən qalib ayrılmaq iddiasındayıq”.

 

Qeyd edək ki, Erat Azərbaycan millisində 4 oyun keçirib.(Apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43