Dünyadan

Tükləriniz biz-biz olacaq! – VİDEO

Hollandiyanın “Ayaks” klubu xroniki bir xəstəliyi olan 8 yaşlı uşağın xəyallarını gercəkləşdirib. Son model “Mersedes” ilə evindən götürülən Cey Cey Uillem, daha sonra əsas komanda ilə məşqə çıxıb. “Breda” ilə liq matçından əvvəl mətbuat önünə çıxan “Ayaks”ın baş məşqçisi Frank de Bur , “Sizlərə yeni bir oyunçumuzu təqdim etmək istəyirik. Cey Cey məşqlərdə diqqətimizi çox çəkdi. İstedadlı bir futbolçudur və irəliyən illərdə əsas komandamız üçün oynuya bilər” kimi açıqlamar verib.

Mətbuat konfransın ardından, soyunub-geyinmə otağına gələn Cey Cey, “Ayaks”ın əfsanələrindən olan Kruyfun 9 nömrəli formasını əyninə geyinib, meydana çıxıb. Bu surprizlər azmış kimi, adını və forma nömrəsini böyük ekranda görməklə daha da heyrətlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43