Ölkə futbolu

“Turan Tovuz”dan “Səbail”ə cavab: “Bu, uğursuz özünümüdafiədir”

“Səbail”in futbolçusu Qoba Zakpanın “Turan Tovuz”la oyunda etdiyi qeyri-etik jest ətrafında müzakirələr davam edir. “Dənizçilər”in mətbuat xidmətindən bu gün saytımıza veridiyi açıqlamada oyunçunun hörmətsizlik etmədiyini və həmin an uğursuz oturan alt paltarını düzəltdiyi bildirildi.

Ancaq paytaxt klubunun bu açıqlaması da birmənalı qarşılanmadı. Yerli azarkeşlər və futbol ictimaiyyəti Zakpanın bu davranışına çox sərt reaksiya göstərib. Hətta  portuqaliyalının cəzalandırılmasını gözləyənlər olsa da, görünür “Səbail”in belə bir fikri yoxdur.

Məsələ ilə bağlı “Turan Tovuz” tərəfinin də mövqeyini öyrəndik. Klubun mətbuat xidmətini rəhbəri Süleyman Tağıyev idmanxeber.az saytına belə bir davranışın qəbuledilməz olduğunu bildirdi:

“Biz hər zaman rəqib klublara, oyunçulara hörmətlə yanaşmışıq. Bundan sonra da belə davam edəcəyik. Bunu bizim oyunçularımız da çox yaxşı bilir. “Səbail”lə oyunda stadionda, ekran qarşısında kifayət qədər azarkeş var idi. Onların içərisində xanımlar, uşaqlar da olur. Biz heç vaxt hər hansı bir neqativ halla yaddaşlarda qalmamışıq. Qabo Zakpa və ya başqa bir futbolçunun o cür davranışını qəbul etməyimiz mümkün deyil. “Səbail”in açıqlamasını uğursuz özünümüdafiə adlandırmaq olar. 

Belə hallar futbolumuzun imicinə böyük zərbə vurur. Bütün futbol ictimaiyyəti oyunçunun bu davranışının doğru olmadığını bildirdi. Zakpanın cəzalanıb-cəzalanmaması “Səbail” klubunun daxili işidir. Ancaq bir daha deyirəm, bu qeyri-etik davranışı qəbul etmirik və bunun futbolumuzun imicinə zərəbə olaraq görürük”.

Həsən Qulzuadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43