Ölkə futbolu

“Səbail”dən açıqlama: “Zakpa alt paltarını düzəldib”

“Səbail”in oyunçusu Qoba Zakpanın “Turan Tovuz”a qarşı yaşadığı qol sevinci müzakirələrə səbəb olub.

Dünən klubdan saytımıza verilən açıqlamada oyunçu ilə görüşülüb bununla bağlı ictimaiyyətə məlumat veriləcəyi bildirilmişdi. “Səbail”in mətbuat xidmətinin rəhbəri Sənəm Fərhadova idmanxeber.az saytına artıq Zakpa ilə danışıldığını və futbolçunun həmin an hər hansı bir hörmətsizlik niyyətinin olmadığını bildirib:

“Biz Zakpa ilə danışdıq, oyunçu qoldan sonra öz sevincini yaşayır. Daha sonra isə o, uğursuz oturan alt paltarını düzəldib, təbrikləri qəbul edir. Orada hər hansı bir pis niyyət, hörmətsizlik yoxdur. Oyunçu özü də bildirdi ki, başqa məqsədi olmayıb. Zakpa həm öz komandasına, həm də rəqibə hörmət etdiyini bildirdi.

Görüntüdə də aydın düşür ki, hücumçu bu hərəkətini nə kameraya, nə də azarkeşlərə qarşı etməyib. Yenə də oyunçu ilə bağlı söhbət aparıldı və yalnış anlaşılmalar olmaması üçün daha ehtiyatlı davaranmalı olduğu bildirildi. O da bunu qəbul etdi və daha diqqətli olacağını vurğuladı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43