Ölkə futbolu

“Musaya Belçika və Danimarka klublarından təklif var”

“Əvvəlcə futolçuların özlərində Avropada oynamaq istəyi olmalıdır. “Qarabağ”ın oyunçuları burada yaxşı maaş alırlar. Bu səbəbdən də onların getməsi bir az problemdi. Mən daha çox U-21 və U-19-da çıxış edən futbolçulara baxıram. Çalışıram onların ölkəxaricinə getməsinə şərait yaradım. Bildiyiniz kimi, Ramin Nəsirli və Nazim Həsənzadə Latviyanın “Dauqavpils” klubunda forma geyinirlər. Ramin çox yaxşı çıxış edir. Hətta Latviyanın iddialı klubları onunla maraqlanır. Davamlı mənə onunla bağlı sullar verilir. Belə uşaqların getməsi çox yaxşıdır, gənclərin önü açılır. Bildiyim qədəri ilə legioner limitini 8+3 etmək istəyirlər. Əgər belə olsa, daha çox oyunçu özünə klub axtarmağa başlayacaq”.

Bu sözləri idmanxeber.az saytına futbol meneceri Erkin İbrahimov azərbaycanlı futbolçuların transfer dönəmində Avropada oynama şanslarını dəyənləndirərkən deyib. Futbol agenti “Qarabağ”ın hücumçusu Musa Qurbanlın artıq ölkəxaricinə getməli olduğunu və Ağdam təmsilçisinin bir neçə klubdan təklif aldığını da bildirib:

“Musa ilə bağlı hər gün məndən soruşulur, maraqlanılır. Demək olar ki, hər gün ölkəxaricindən Qurbanlı ilə bağlı məndən məlumat alırlar. O, çox yaxşı təkliflər də ala bilər. Açığı, Musa xaric azərbaycanlı oyunçuların Avropanın aparıcı liqalarına getməsi çətindir. Daha çox böyük komandaların əvəzedici heyətlərinə və ortabab klublara gedə bilərlər.  Ancaq Musaya Danimarkadan, Belçikadan və Polşadan təkliflər var. Təbii ki, Qurban Qurbanov oğlu özün ən uyğun variantı seçəcək. Mən onu daha çox Belçika çempionatında görürəm. Daha çox hücum futboluna üstünlük verən bir liqadır, orada uğurlu ola bilər. Amma “Qarabağ”ı da düşünməliyik. Ramil Şeydayev artıq komandadan ayrılır. Görək onun yerinə hücumçu ala biləcəklərmi. Məncə, Musa avrokubok oyunlarından sonra komandadan ayrıla bilər”.

İbarhimov Azərbaycanda forma geyinən gənc futbolçulardan da da söz açıb. O, ölkəmizdə istedadlı futbolçuların olduğunu vurğulayıb:

“Baxdığım, izlədiyim gənclər var. Düzdü, onlara hər hansı bir rəsmi təklif yoxdur. Çünki heç kim Azərbaycan Premyer Liqasını izləyib, oradan oyunçu bəyənmir. Elə Latviya, Litva kimi ölkələr də çempionatımıza baxmırlar. Ancaq onlarla danışmaq, oyunçuları təklif etmək lazımdır. Etiraf edək ki,  “Dauqavpils” Ramini elə-belə tanımayıb. Onun varlığından belə xəbərləri yox idi. Danışıldı, təklif edildi və uğurlu alındı. Onlar iyunun əvvələrində yenidən oyunçu axtarışlarına başlayacaqlar. Ona qədər mən də çalışmalarımı davam etdirirəm, əvezedicilərin oyunlarına belə baxıram. Kimlərin gedə biləcəyini təyin etməyə çalışıram”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43