Kateqoriyasız

Türkiyə klubu yenidən “Qarabağ”la danışıqlara başlaya bilər

Türkiyənin “Ankaragücü” klubu “Qarabağ”dan icarə əsasında yayda heyətinə qatdığı Kvabena Ovusunu komandada saxlamağı düşünür.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, qanalı futbolçu Ankara təmsilçisinin ən yaxşılarından biridi və komandanı Superliqaya daşıma yönündə böyük işlər görür. Məhz buna görə də, klub rəhbərliyi nəticələr belə davam edəcəyi halda “Qarabağ”la danışıqlara başlamaq niyyətindədi. Əgər komanda Superliqaya vəsiqə qazana bilsə o zaman “Ankaragücü” Ovusunu nə olur olsun komandada saxlamağa çalışacaq.

Qeyd edək ki, “Ankaragücü” Türkiyə birinci liqasında 36 xalla ikinci pillədə qərarlaşır və lider “Umraniyespor”dan 3 xal geri qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43