Dünya futbolu

Türkiyə Kuboku: “Beşiktaş” ilk oyunda heç-heçə etdi

Türkiyə Kubokunda yarımfinal mərhələsinə start verilib.

İdmanxeber.az məlumat verir ki, ilk oyunda “Beşiktaş” səfərdə “Ankaragücü” ilə qarşılaşıb. Görüş başladığı kimi də bitib – 0:0.

Cavab qarşılaşması mayın 7-si keçiriləcək.

Digər yarımfinal görüşündə isə sabah “Trabzonspor” “Karagümrük”ü qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43