“Şalke”nin müdafiəçisi Ozan Kabakın yeni klubu müəyyənləşib.
Türkiyə millisinin üzvü İngiltərənin “Norviç Siti” klubuna keçib. Premyer Liqa təmsilçisi 21 yaşlı futbolçunu satın alma şərti ilə icarəyə götürüb.
Ozan ötən mövsüm icarə əsasında “Liverpul”da çıxış edib.