Kateqoriyasız

Türkiyəli nazir Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verdi

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu azərbaycanlı həmkarı Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

İdmanxeber.az xəbər verir ki, Kasapoğlu, bununla bağlı özünün “tvitter” səhifəsində paylaşım edib:

“Azərbaycanın gənclər və idman naziri, dostum Azad Rəhimovun vəfatını üzüntü ilə öyrəndim. Cənab Rəhimov ölkələrimiz arasındakı əlaqələrin inkişafına hər zaman töhfə verib. Dəyərli qardaşıma Allahdan rəhmət, ailəsinə səbr diləyirəm. Azərbaycanın və ölkəmizin başı sağ olsun”.

Azad Rəhimov dünən ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43