Dünya futbolu

Türkiyə çempionu Azərbaycana gələcək – Klub prezidenti açıqladı

Türkiyənin “Beşiktaş” klubu Azərbaycana gələcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun prezidenti Fikrət Orman “Vətən” qəzetinə müsahibəsində deyib.

O açıqlamasında  bildirib ki, təlim-məşq toplanışı çərçivəsində 10-12 ölkəyə getməli planlaşdırırlar. Həmin ölkələr arasında Azərbaycan da var: “Müsəlman ölkələrində rəğbət qazana bilərik. Məsələn, Azərbaycanda inanılmaz sayda “Beşiktaş” azarkeşi var. Keçən il ora gedə bimədik. Amma bu il Azərbaycana gedəcəyimiz dəqiqləşib. Çin isə bizim üçün başlanğıcdır. Pakistan və Hindistanın da yerləşdiyi Uzaq Şərqdə milyarda yaxın müsəlman var. Biz “Real”, “Barselona” və ya “Mançester Yunayted” deyilik. Heyətində Messi, Ronaldo, İbrahimoviç olan komandalardan azarkeş qoparmaq asan iş deyil. Qazaxıstana, İndoneziyaya, Malayziyaya yollanacağıq və oralarda oyunlar keçirəcəyik. Hədəfimizdə təxminən 10-12 ölkə var”.

Qeyd edək ki, ötən ilin dekabrında “Beşiktaş”ın Azərbaycanda “Qarabağ”la yoxlama oyunu keçirəcəyi xəbərləri yayılmışdı. Ancaq bu səfər gerçəkləşməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43