Dünyadan

Türkiyə millisinin heyəti açıqlandı: Braziliyaya qarşı kimlər oynaya bilər?

Türkiyə millisinin heyəti açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, “ay-ulduzlular”ın baş məşqçisi Fatih Terim Braziliya və Qazaxıstan matçları üçün 28 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, Türkiyə yığması noyabrın 12-də “Şükrü Saracoğlu” stadionunda Braziliya millisi ilə yoxlama oyunu keçirəcək, 4 gün sonra “Türk Telekom Arena”da Qazaxıstanla seçmə mərhələ matçına çıxacaq.

Qapıçılar: Volkan Dəmirəl (Fənərbaxça), Volkan Babacan (Başakşəhər), Harun Tekin (Bursaspor).

Müdafiəçilər: Bekir İrtegün, Caner Erkin, Gökhan Gönül (üçü də “Fənərbaxça), Tarık Çamdal, Semih Kaya (ikisi də “Qalatasaray”), Serdar Aziz (Bursaspor), İsmail Köybaşı (Beşiktaş), Kaan Ayhan (Şalke 04, Almaniya).

Yarımmüdafiəçilər: Hamit Altıntop, Selçuk İnan (hamısı “Qalatasaray”), Alper Potuk, Mehmet Topal (hamısı “Fənərbaxça), Mehmet Ekici (Trabzonspor), Bilal Kısa (Akhisar Bələdiyyəspor), Oğuzhan Özyakup (Beşiktaş), Ozan Tufan (Bursaspor).

Hücumçular: Gökhan Töre, Olcay Şahan, Mustafa Pektemek (hamısı “Beşiktaş), Umut Bulut, Burak Yılmaz (hamısı “Qalatasaray”), Adem Büyük (Kasımpaşa), Volkan Şen (Bursaspor), Arda Turan (Atletiko, İspaniya), Mevlüt Erdinç (Sent-Etyen, Fransa).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43