Dünyadan

Türkiyə Superliqası Azərbaycanda canlı yayımlana bilər

Türkiyə Superliqası Azərbaycanda yayımlana bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “CBC Sport” kanalının baş direktoru Volkan Üst məlumat verib.

Volkan bəy 1news.az-a müsahibəsində Türkiyə Superliqasının telekanalda yayımlanma perspektivinə də münasibətini bildirib: 

“İtaliya çempionatını veririk. “Böyük beşlik” ölkələrindən İspaniyada 5-6 böyük maraq doğuran görüşlər olur. Almaniya və Fransada oyunların səviyyəsi bir-birinə daha yaxındır. Planlara gəlincə, gələn il İngiltərə çempionatının yayım hüququnu əldə etmək üçün ciddi iş görəcəyik. Eyni vaxtda Türkiyə çempionatının yayım hüququnun alınması üçün də iş gedir. Azərbaycanda bu çempionatı çox sevirlər. Bu bizim, həm də Türkiyə tərəfini maraq dairəsindədir. “Digiturk” rəhbərliyi ilə danışıqlar aparırıq. Bu yenilik olacaq, çünki Superliqa demək olar ki, heç bir xarici ölkədə yayımlanmır. Danışıqlar uğurla nəticələnsə, “CBC Sport”a Türkiyədə baxmaq mümkün olmayacaq. Nə peyk, nə də internet vasitəsi ilə”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43