Kateqoriyasız

“Zirə” “Qəbələ”yə ciddi itkilərlə yollandı

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində səfərdə “Qəbələ” ilə qarşılaşacaq “Zirə” bu matça itkilərlə çıxacaq.

Klubun mətbuat xidmətindən İdmanxeber.com-a verilən məlumata görə, “qartallar”ın baş məşqçisi Adil Şükürov Qəbələ təmsilçisi ilə oyunda Aleksandr Şemonayev və Yovan Krnetanın xidmətindən məhrum olub. Sözügedən futbolçular zədə səbəbindən bugünkü oyunu buraxacaqlar.

Bundan başqa Elvin Məmmədov və Dieqo Souzanın da cavab matçında iştirak etməyəcəyi bildirilir.

Qeyd edək ki, “Zirə” “Qəbələ”yə ilk oyunda məğlub olmuşdu – 1:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43