Kateqoriyasız

U-19 millimiz Gürcüstan klubuna uduzdu

Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sonuncu yoxlama oyunu keçirib. 

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, “Saburtalo” klubu ilə keçirilən oyun Gürcüstan təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, yığmamız toplanış çərçivəsində daha əvvəl keçirdiyi oyunlarda Tiflisin “Lokomotiv” klubuna 0:2 hesabı ilə məğlub olub, “Sxinvali” klubunun əvəzedici heyətinə isə qalib gəlib- 6:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43